Qar uçqununda həlak olan hərbçinin nəşi Qazaxa aparılıb
Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin – H.Abdullayevin nəşi tapılıb.
Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir. O, kənd qəbiristanlığında dəfn olunacaq.
Hafiz Abdullayev ailəli idi, 3 övladı var.
Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx