Qanunsuz olaraq Gürcüstana keçməyə çalışan 14 nəfər saxlanıldı: Yeddisi uşaqdır - FOTO
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi tədbirləri davam etdirilir.
DSX-dən verilən məlumata görə, 2020-ci ilin dünən saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində naməlum şəxslərin hərəkəti sərhəd naryadı tərəfindən aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəticədə, xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olmaları müəyyən edilib, onlardan yeddisinin azyaşlı olması nəzərə alınmaqla, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya təhvil veriliblər.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.


ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi



ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı



ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi



ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?