Qanunsuz işləyən balıq istehsalı sexi bağlandı - Fotolar
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Gəncə şəhəri, Zeynal Xəlil küçəsində yerləşən Salmanov Fuad Cəmil oğluna məxsus qanunsuz fəaliyyət göstərən hisə verilmiş balıq istehsalı müəssisəsində reyd keçirilib.
“Minval.info” xəbər verir ki, reyd zamanı sexin sanitar-gigiyenik norma və qaydaların tələblərinə cavab vermədiyi, xammalın yuyulmasında istifadə olunan vannaların mütəmadi təmizlənmədiyi, balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığı məlum olub.
Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Baxış zamanı aşkarlanan 145 kq duzlanıb dincə qoyulmuş, 100 kq istehsala hazır vəziyyətdə saxlanılan və 55 kq istifadəyə yararsız olan balıq məhsulları məhv edilib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?