“Qanuni oğru” Tarzanı Türkiyədə döyüb, tituldan məhrum etdilər
Türkiyədə onlarla “qanuni oğru”nun gözləri önündə kriminal aləmdə “Tarzan” ləqəbi ilə tanınan 31 yaşlı İrakli Rexviaşvili vəhşicəsinə döyülüb və oğru titulundan məhrum edilib.
Minval.İnfo xəbər verir ki, bununla bağlı “primecrime” məlumat yayıb. Bildirilib ki, hadisə sentyabrın 29-da baş verib. Tarzan Türkiyəli “qanuni oğru”larla görüşə gedib. Onun yanında Kaxi Oraqvelidze də olub. Tarzanın 2014-cü ildə kriminal avtoritet Roman Xmaladzenin (Roma Batumski) oğru titulundan məhrum edilməsinə görə qisas alınması bu hadisəyə səbəb olub.
Digər iddialara görə, görüş zamanı orada olan Tuqusşi Akakiy Gelaeviç, tanınan adı ilə Enço Batumskini görən İrakli, “Bu Dato Osmanovu bıçaqlayan Ençodur” deyə sual verib. Hadisə də bundan sonra baş verib.
Bundan başqa, Tarzanın “qanuni oğru” Mindiya Qoradzenin (Lavasoqlı Batumski) ünvanına səsləndirdiyi fikirlər səbəbindən döyüldüyü də iddia edilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qadını doğrayıb zibil qutusuna atdılar
Bakıda dəhşətli qətl: Nəvə 77 yaşlı nənəsini öldürüb, yandırdı
Prokuror "peysər" sözünə görə ağır cinayət törədən gəncə cəza istədi
Kürdəmirdə qadını öldürərək yandıran şəxs 2 ildən sonra tapıldı
Bakıda daha bir dəhşət: Pornoqrafiya həvəskarı qızını zorladı
Bu il Bakıda 91 cinayətkar qrup ifşa olunub