16.09.2026 - 19:30
Kriminal 24 baxış

Ata 2 yaşlı oğlunu komaya saldı

Rusiya Federasiyasının Altay diyarında dəhşətli bir hadisə baş verib. İki yaşlı oğluna qarşı zorakılıq edən ata, uşağın komaya düşməsinə səbəb olub.

Minval.info xəbər verir ki, Rubtsovsk şəhərində yaşayan 28 yaşlı ata, oğlunun ağlamasına əsəbiləşərək onu yerə yıxıb və başına bir neçə dəfə təpiklə vurub. Nəticədə, uşaq ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib və orada komaya düşüb.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs hazırda həbsdədir və istintaq davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: