16.09.2026 - 19:09
Kriminal 24 baxış

Roşkanın məhkəməsində ekspert dindiriləcək

Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan ‘Roşka’ ləqəbli tiktoker Rövşən Süleymanzadənin məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxsə aid videogörüntülərə dair ekspertizanın rəyi təqdim olunub.

Minval.info xəbər verir ki, rəydə görüntülərin montaj olunmadığı bildirilsə də, Rövşən Süleymanovun vəkili bu nəticəyə etiraz edərək, kadrlar arasında müdaxilələrin olduğunu iddia edib. Bu səbəbdən, məhkəmə ekspertin dindirilməsi üçün qərar qəbul edib.

Məhkəmə prosesi sentyabrın 29-dək təxirə salınıb. Xatırladaq ki, ‘Roşka’ ləqəbli tiktoker bu ilin yanvar ayında əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlar nəticəsində saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: