Qanuni oğru' ifadəsi həbs səbəbi deyil
Azərbaycanda ‘qanuni oğru’ ifadəsini işlədən şəxslərin həbs ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar hüquqi baxımdan doğru deyil. Hüquqşünas Ellada Bayramova bildirib ki, bu ifadəni işlətmək cinayət hesab olunmur və buna görə 8 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulmayıb.
Minval.info xəbər verir ki, Azərbaycan qanunvericiliyində məsuliyyət ifadənin özünə deyil, şəxsin konkret fəaliyyətinə və törətdiyi əmələ görə müəyyən edilir. Əgər şəxs kriminal qruplaşmanın yaradılmasında, idarə edilməsində və ya fəaliyyətində iştirak edirsə, yaxud bu statusdan istifadə edərək başqa cinayət əməlləri törədirsə, həmin əməllərə uyğun olaraq cinayət məsuliyyəti yarana bilər.
Hüquqşünasın sözlərinə görə, sadəcə hansısa şəxsin özünü ‘qanuni oğru’ adlandırması avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir. 8 ildən 15 ilədək həbs məsələsi isə yalnız konkret cinayət tərkibi və qanunda həmin əməl üçün nəzərdə tutulan cəza ilə bağlı ola bilər. Belə iddialar böyük ehtimalla Rusiya qanunvericiliyindəki kriminal iyerarxiyada yüksək mövqe tutmağa görə məsuliyyətlə qarışdırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtomobil ağaca çırpıldı: 1 nəfər öldü
Bakıda qız qaçıran gənc 10 gün həbs edildi
Keçmiş nazirin həbs müddəti daha uzadıldı
Əli Vəliyev məhkəmə qərarına etiraz edir
Emin Ağalarovdan uşaqlıqda oğurluq etirafı
Türkiyə Aİ-ni Kipr məsələsində qərəzsizlikdə ittiham edir
Kəsilən cinsi orqanla ata oldu: Uqanda möcüzəsi!