Qan xərçəngindən əziyyət çəkən tanınmış jurnalist vəfat etdi
Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.
Minval.İnfo xəbər verir ki, sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilən aparıcı bir neçə gün öncə Bakıya gətirilmişdi.
O, bu gün səhər saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var idi.
O, “Space” TV və AZTV-nin Xəbərlər Departamentində çalışıb.
ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.
Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür.
2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində “Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb.
Həmçinin “Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib.
Ardınca “Nazimin Bakı izləri”, “Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub.
2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət “Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan “Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir