25.08.2026 - 13:53
Kriminal 25 baxış

Qafqaz mafiyası lideri İsraildə qətlə yetirildi

İsraildə ‘Qafqaz mafiyası’nın başçılarından biri kimi tanınan 45 yaşlı Yanis Yuşvayev qətlə yetirilib. Hadisə Keysəriyə şəhərində yerləşən ‘Acenda’ kafesinin qarşısında baş verib. Görüntülərdə Yuşvayevin kafedən çıxarkən arxadan yaxınlaşan killer tərəfindən baş nahiyəsindən tapança ilə vurulduğu və cinayətkarın dərhal hadisə yerindən uzaqlaşdığı əks olunub.

Minval.info xəbər verir ki, qətli törədən şəxs diqqət çəkməmək üçün özünü təqaüdçü kimi göstərib. Yuşvayevə qarşı bundan əvvəl də sui-qəsd cəhdi olub, lakin 2015-ci ildəki həmin hücum uğursuz nəticələnib və o, sağ qalıb.

Bəzi mənbələrə görə, Yuşvayev son vaxtlar digər cinayətkar qruplarla ciddi münaqişə vəziyyətində olub. İddialara əsasən, rəqibləri onun aradan götürülməsi üçün 1 milyon şekel (təxminən 566-569 min manat) mükafat təklif ediblər.

2026-cı ilin fevralında Yuşvayev Rusiyadan İsrailə qayıdarkən Ben-Qurion hava limanında saxlanılıb. O, rəqiblərinə hücum hazırlamaqda şübhəli bilinirdi. Yuşvayev İsrailin mərkəzi hissələrində fəaliyyət göstərən cinayətkar qruplaşmaya bağlı olub. Dəstə əsasən Rusiyadan köçənlərdən ibarət olduğu üçün İsrail mediasında ‘Qafqaz mafiyası’ adlandırılırdı.

Yuşvayev bahalı brend geyimlərə və lüks avtomobillərə marağı ilə də tanınırdı. O, tez-tez Rusiyaya səfər edirdi və Moskvada dezinfeksiya və dezinseksiya fəaliyyəti ilə məşğul olan iki şirkətin təsisçisi və rəhbəri olduğu iddia edilirdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: