20.10.2021 - 14:18
Kriminal
20 baxış
Qadınları Türkiyədə “satan”a 8 il cəza verildi

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Bərdə rayon sakinini həbs edib.
Minval.info xəbər verir ki, Bərdə rayonu sakini Quliyeva Aytəkin Vaqif qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Samsun şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən, Quliyeva Aytəkin Vaqif qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4.1-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
19.09.2026 - 13:54
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
19.09.2026 - 13:12
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
19.09.2026 - 11:06
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
19.09.2026 - 08:25
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
18.09.2026 - 23:19
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
18.09.2026 - 21:48
DTX beş ölkədə terror əməliyyatı keçirdi
18.09.2026 - 19:49
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
18.09.2026 - 19:28