Qadını maşınla vuraraq qaçan sürücü saxlanıldı
Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 6-da saat 1 radələrində Nəsimi rayonunun H.Seyidzadə küçəsində yolu keçən Qazax rayon sakini Z.Mustafayeva müəyyən edilməyən avtomobillə vurulub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Honda” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin avtomobilin sürücüsü – Bakı şəhər sakini İ.Şıxəliyev saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəkidə faciə: İstirahət mərkəzi sahibinin sirri
Şəkidə kanat qəzası: Təmir sonrası faciə!
Şəki yaylasında ziplayn faciəsi: İki gənc həlak oldu
Zərdabda ad günü məclisi faciə ilə bitdi
Şəmistan Əlizamanlının mahnıları TRT filmində səsləndi
Kliniki ölüm keçirən ateist Tanrıya inandı
Zərdabda ailə faciəsi: Beş nəfər yanaraq öldü