Qadın taksi sürücüsü: “Taksi sürdüyüm üçün qardaşım mənimlə danışmır” - VİDEO
İstər paytaxtda, istərsə də bölgələrdə taksi sifariş verərkən əksər hallarda sürücünün kişi olacağını düşünürük, ancaq son dövlərdə avtomobil sükanı arxasına əyləşərək bu fəaliyyət növü ilə məşğul olanların sayı az deyil.
Minval.info xəbər verir ki, belə qadınlardan biri də Nurcahan Cəbiyevadır.
O, artıq 30 ildən çoxdur ki, taksi fəaliyyəti ilə məşğuldur. Nurcahan Cəbiyeva bildirib ki, əvvəlki dövrə baxanda indi taksi sürmək daha rahatdır: “Mən sovet vaxtından taksi sürürəm, o zamanlar insanlar mənə böyük təəccüblə baxırdılar, indi hər kəsin gözü öyrəşib. Yoldaşım rəhmətə getmişdi, özüm 5 uşaq anası idim, fikirləşdim ki nə edim? Qızıllarım var idi, onları satdım, maşın aldım, başladım taksi sürməyə. Problem yaşananda onu yoluna qoyuram. Maşınıma içki içən biri minəndə onu dərhal düşürdürəm. Nurcahan Cəbiyeva bildirir ki, ilk dəfə taksi sürməyə başlayanda ailəsi ona icazə verməyib: “Böyük qardaşım hələ də məni danışdırmır, mən bəs balalarımı saxlamalıyam, ya yox?”, – deyə bildirib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Xəzər Xəbərin mövzu ilə bağlı süjetini təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir