Qadın 42 ildir ölmüş kimi qeydiyyatdadır... - Azərbaycanda (Video)
Balakəndə elektron imza üçün notariusa müraciət edən qadına onun ölmüş kimi qeydiyyatda olduğu bildirilib.
42 ildir ki, Rəna Ağamalıyeva adlı Balakən rayon sakini ölmüş olaraq sənədlərə işlənilib. Üç uşaq anası olan qadın özəl bir şirkətdə mühasib işləyir. Son bir ay ərzində elektron imza almaq üçün Balakən rayon notariusuna müraciət etsə də, bu cəhdi uğursuz olub. Notariatlığın elektron sistemində 1977-ci ildən bu günə qədər ölü kimi qeyd olunduğu bildirilib.
Maraqlıdır ki, 2005-ci ildə şəxsiyyət vəsiqəsi almış Rəna Ağamalıyeva bu günə qədər bəzi hüquqi əməliyyatlar etməsinə baxmayaraq, hazırda ölmüş kimi göstərilir. Araşdırma nəticəsində məlum olub ki, 1973-cü ildə anadan olan və 1977-ci ildə dünyasını dəyişən bacısı Sevil Ağamalıyeva əvəzinə Rəna Ağamalıyeva ölmüş kimi qeydiyyata alınıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Balakən rayon qeydiyyat şöbəsindən isə bildiriblər ki, vətəndaşa məlumat verilib və rayon məhkəməsinə müraciət etməsi ilə bağlı hüquqi yardım göstərilib.
https://youtu.be/VwpH-d1rU68
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar