Qab yuyurdu, milyonçu oldu - Milyarderlərlə bağlı qəribə faktlar
Heç kim doğulandan direktor, müdir olmur. O səviyyəyə çatmaq üçün minlərlə pillə qalxır, ağlınızdan da keçməyəcək işlərlə məşğul olurlar. Bu gün milyardlara sahib olanların bəziləri iş dünyasına necə atılıb, hansı çətinliklərdən keçib?
Maykl Dell – “DELL” şirkətinin qurucusu əmək fəaliyyətinə 12 yaşında qab yumaqla başlayıb. Sonralar kompüter istehsal edən şirkət qurub. O vaxtlar tək məqsədi pul kolleksiyası üçün lazımlı materiallar yığmaq imiş.

Terri Landqren – “Macy’s” – böyük mağaza zəncirinin baş direktorunun ilk işi kafedə istridyə təmizləmək olub. Ailəsinin onu oxutmaq imkanı olmadığına görə gənc yaşda işləməyə başlayan Landqrenin karyerası gözlədiyindən də uğurlu olub.

Lloyd Blenkfeyn – “Goldman Sachs”-ın baş direktorunun ilk işi isə “Yanki” stadionunda bilet satmaq olub. Sonra hüquq üzrə təhsil alıb və karyerasını qurub.

Uarren Baffett –maqnat Baffett 2008-ci ildə ilin ən varlı insanları siyahısına düşsə də, uşaqlığı heç də yağ-bal içində keçməyib. O, əmək fəaliyyətinə marketdə çanta daşımaqla, qəzet satmaqla başlayıb.

Maykl Blumberq – “Bloomberg”in yaradıcısı hazırda Amerikanın ən varlı 8-ci insanıdır. Nyu-Yorkda Bələdiyyə başçısı olan Blumberq avtodayanacaqda köməkçi kimi işə başlayıb.

Marissa Meyer – “Yahoo”nun baş direktoru marketdə kassa nəzarətçisi işləyib.

Kevin Plank – “Under Armour” – Amerikanın ən böyük idman geyimləri və əşyaları mağazasının baş direktoru Plank uşaq vaxtı çəmənlikləri biçməklə pul qazanırmış.

Kazuo Hirai – “Sony” şirkətinin baş direktoru isə ölkəyə gələn xarici musiqi qruplarının tərcüməçisi imiş.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar
Dünyanın ən qorxunc evi satılır: Ürəklənib alan yoxdur - FOTOLAR
Şəhər səyahətləri mopedlərlə daha rahatdır - Fotolar
TikTok COP29-da #ClimateAction kampaniyasını başladır
Dilarənin kovboy tərzi - Fotolar
Müğənni konsertintdə rəqsi ilə diqqət çəkən nənəyə ev aldı - VİDEO