Qəzaya uğrayan qırıcının pilotu “Şahinlər” filmində - VİDEO
Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevin videosu yayımlanıb.
Görüntülər ötən ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər” filmindəndir.
Filmdə iştirak edən pilotlardan biri də R.Atakişiyevdir. O, idarə etdiyi qırıcı ilə havada təhlükəli manevrlər edib.
Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Pilotun axtarışı həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb. Hərbi Prokurorluqda qurumun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
R.Atakişiyev sabiq dövlət müşaviri Qabil Hüseynlinin kürəkənidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
COVİD 19-dan sağalanlarda yeni xəstəlik ortaya çıxır
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına TOY SÜRPRİZİ - Video
Lotu Qulinin qatili türk polisi tərəfindən həbs edildi
Yeni əfv anonsu - Həbsdə qalan azsaylı siyasi fəallar da azad edilə bilər
Prezident 2 sərəncam imzaladı
Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərir
Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi - RƏSMİ