Qəzaya uğramış hərbi təyyarənin axtarışı ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda qəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, bu gün Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hacılar Bakıda belə qarşılandı - VİDEO
Vilayət Eyvazovdan yeni təyinat
DİQQƏT! Bu yol bağlanır
Çimərliklərlə bağlı nə yenilik var?
Bəzi azərbaycanlı jurnalistlərin "facebook" profilləri blok edilib
“10 minədək vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq” - Prezident