Qənirə Paşayevaya yeni vəzifə verildi
Azərbaycanın Asiya Parlament Assambleyasında nümayəndə heyətinin tərkibi təsdiqlənib.
Modern.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri seçilib.
Komitə sədri ölkəmizi Asiya Parlament Assambleyasında layiqincə təmsil etmək üçün həmkarları Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədovla birlikdə bütün gücləriylə çalışacaqlarını bildirib.
“Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmək kimi önəmli və məsuliyyətli bir vəzifəni mənə etimad gostərdikləri üçün Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin Milli Məclisdə çıxışında ölkəmizi beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil etmək, həqiqətlərimizi daha geniş çatdırmaq, dövlətimizin maraqlarını daha möhkəm qorumaq kimi önəmli tövsiyyələrini Asiya Parlament Assambleyasında yüksək səviyyədə həyata keçirmək üçün həmkarlarımla birlikdə yorulmadan çalışacağıq”, – deyə Qənirə Paşayeva bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?