Qəhvənin insan orqanizminə faydaları
Qəhvə insan orqanizmini 5 xəstəlikdən qoruya bilər.
Minval.İnfo-nun Lent.az-a istinadən xəbərinə görə, bunu 130 min könüllünün iştirakı ilə aparılan tədqiqatın yekununda Harvard Universitetinin alimləri bəyan ediblər. Birincisi, qəhvə orqanizmə neyrodegenerativ xəstəliklərlə, yəni, məsələn Altsqeymer, Parkinson və bu kimi xəstəliklərlə mübarizə aparmaqda kömək edir. İkincisi, qəhvə, əlbəttə ki, spirtli içki ilə qəbul edilməzsə, qaraciyər sirrozu üçün təsirli profilaktik vasitəsidir.
Üçüncüsü, bu içki titrəyən aritmiyanın inkişafına mane olur. Düzdür, əgər o artıq insanda varsa, bundan uzaq durulsa yaxşıdır. Dördüncüsü, kofein mədəaltı vəzinin səmərəli işləməsinə kömək edir, yəni qəhvə qəbulu şəkərli diabetin inkişafına mane ola bilər.
Beşincisi, hətta gündə altı fincan qəhvə içən tədqiqat iştirakçıları arasında ürək-damar sistemi xəstəliklərindən heç bir yüksək ölüm halları müşahidə olunmur.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir