05.08.2022 - 20:29
Dünya 22 baxış

Putin Ərdoğana təşəkkür edib

Rusiya Prezidenti Vladimir Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə Putin Ərdoğanla Soçidə keçirilmiş görüş zamanı bildirib.

“Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, – Rusiyanın dövlət başçısı deyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: