"Putin nüvə zərbəsi endirmək istəsə, Qərb bunu iki dəqiqə qabaq biləcək"
“Nüvə müharibəsi məsələsində Rusiyanın Qərb ölkələri üzərində qələbə çalması mümkün deyil. Burada zaman məsələsi var, önləyici zərbə məsələsi var. O məsələdə Qərb Rusiyadan vaxt baxımından iki dəqiqə qabaqdadır. Amerika və İngiltərə Rusiyanın nüvə zərbəsi endirməsini iki dəqiqə öncədən biləcəklər. İki dəqiqə də kifayətdir ki, zərbə endirilən məntəqələrin yeri müəyyənləşsin və qabaqlayıcı zərbə endirilsin”
Bu sözlər SİTAT.İNFO-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Politoloq vurğulayıb ki, Rusiyanın nüvə müharibəsi edərsə, heç bir uğur əldə etməyəcək: “Ümumiyyətlə, nüvə müharibəsi məsələsində Rusiyanın uğuru olmayacaq. Nüvə müharibəsi ilə kimisə təhdid etmək indiki şəraitdə mümkünsüzdür. Ona görə də Rusiya yüz ölçüb, bir biçməlidir. Putin, sən bir raket, tank istehsal edə bilmirsən, nüvə müharibəsindən danışırsan. Bir tank istehsal etmişdin, onu da ki, “Javelin” silahı ilə məhv elədilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da rəhbər vəzifədə çalışan azərbaycanlı xanım: "3 dəqiqəyə 60 dollar..."
Bakıda ağlasığmaz hadisə: “Gelandewagen” 12 avtomobili əzdi - Video
Ərdoğan: “İlham Əliyev də dedi ki, onun ölkəyə girişinə imkan vermərəm”
"Kiminsə sifarişi ilə uşaq sığınacağını bağlamaq istəyirlər"
