Profil açıb narkotiki təbliğ edən şəxs saxlanıldı
Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.
“Minval.info” xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi Yevlax rayonunda qeydiyyatda olan əvvəllər məhkum olunmuş Ceyhun Məmmədov yaşadığı Binəqədi rayonu ərazisində tutulub. Şəxsi axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə olan marixuana da aşkar edilib.
Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Ceyhun Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ceyhun Məmmədov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş qanun pozuntusuna yol verdiyindən onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən 15 gün müddətinə inzibati həbs cəzası təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?