Problemli kreditlərdə rekord artım: Səbəblər nədir?
Azərbaycanda problemli kreditlərin həcmi yenidən diqqət mərkəzinə düşüb. 2026-cı ilin iyun ayının sonunda vaxtı keçmiş kreditlərin məbləği 719.3 milyon manata çataraq 2022-ci ilin yanvarından bəri ilk dəfə 700 milyon manat həddini ötüb. Eyni zamanda, 30 gündən artıq gecikdirilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi də 2%-i keçib ki, bu da 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir.
Minval.info xəbər verir ki, maliyyə məsələləri üzrə mütəxəssis Elmin Nemətlinin sözlərinə görə, vaxtı keçmiş kreditlərin məbləğinin artması bank sisteminin böhran mərhələsinə daxil olması demək deyil. Bununla belə, dinamika həm bank sektorunun dayanıqlığı, həm də borcalanların ödəmə qabiliyyəti baxımından diqqətlə izlənilməlidir. 2026-cı ilin ilk altı ayında iqtisadiyyata verilmiş kreditlərin ümumi həcmi banklar və qeyri-bank kredit təşkilatları üzrə 33.9 milyard manata çatıb. Kredit portfeli böyüdükcə müəyyən hissəsinin gecikməyə düşməsi təbii proses hesab olunsa da, əsas məsələ problemli kreditlərin daha sürətlə artmasıdır.
E.Nemətli bildirib ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri kredit portfelinin sürətlə genişlənməsidir. Gecikmələrin kreditləşməni üstələməsi risk siqnalıdır. Xüsusilə problemli kreditlərin payının 2 faizi keçməsi kredit portfelinin keyfiyyətində zəifləmə meylini göstərir. Digər mühüm amil əhalinin borclanma səviyyəsinin yüksəlməsidir. Son illərdə istehlak kreditlərinin payı artıb və bu kreditlər cari xərclərin maliyyələşdirilməsinə yönəldiyi üçün biznes kreditləri ilə müqayisədə daha risklidir.
Mütəxəssisin fikrincə, pandemiyadan sonra kredit portfelinin sürətlə böyüməsi onun keyfiyyətinin qorunmasını çətinləşdirib. Beynəlxalq təcrübə də göstərir ki, kredit artımının yüksək olduğu dövrlərdə risklərin düzgün qiymətləndirilməsi maliyyə sabitliyinin əsas şərtlərindən biridir. Problemli kreditlərin artımını yalnız istehlak kreditləri ilə əlaqələndirmək düzgün olmaz. Kiçik və orta sahibkarlıq subyektləri də tələbin dəyişməsi, logistika və istehsal xərclərinin artması səbəbindən öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilirlər.
Kredit mütəxəssisi İsmayıl Məmmədovun sözlərinə görə, 2026-cı ilin ilk yarısının yekununda problemli kreditlərin həcminin 719.3 milyon manata, ümumi kredit portfelində payının isə 2 faizdən yuxarı qalxması bəzi hallarda bank sektorunda risklərin artması kimi qiymətləndirilsə də, bu göstərici hazırkı mərhələdə kredit böhranı anlamına gəlmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yağışlı hava: Sürücülərə təhlükə xəbərdarlığı!
Bakıda alınan mənzil sahibinə problem yaratdı
Bakı sakininə quldurluq: Şübhəli saxlanıldı
Siqaret üstündə dava: 21 yaşlı gənc həbs edildi
Polis əməliyyatı: 8 silah və narkotik ələ keçirildi
Bakıda 185 minlik dələduzluq: 12 il sonra həbs!
Nigar Fərhad prokurorluq qərarı ilə azad edildi