Prezidentin icra başçısı təyin etdiyi 39 yaşlı Vüqar Novruzov kimdir? - DOSYE
Prezident İlham Əliyev Novruzov Vüqar Vahid oğlunun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Minval.info baku.ws-ə istinadən 39 yaşlı yeni icra başçısının dosyesini təqdim edir.
V.Novruzov 1980-cı ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Xatırladaq ki, o, 2008-ci ildə Əzizbəyov Rayon (indiki adı Xəzər Rayon) İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq? – Video
Ramil Usubovdan növbəti təyinat
Anar Məmmədxanovun qızı iş adamının oğlu ilə ailə qurur – FOTO
Yeni ili harada qeyd edəcəksiniz? - VİDEOSORĞU
DTX Bakıda erməni təxribatını ifşa etdi