Prezident tanınmış aktyoru təltif etdi
Prezident İlham Əliyev Hacı Murad Yagizarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, aktyor Hacı Murad Yagizarov 1957-58-ci illərdə “Azərbaycanfilm”in istehsalı olan “Ögey ana” filmində çəkilib. Ötən əsrin 60-70-ci illərdə “Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Pik saatı”, “Öz yolunla” və digər tamaşalardakı rol alıb. O, “Valentin və Valentina”da Qusev, “İvanov”da doktor Lvov, “Qumluqdakı ev”də Eldar, “Aydın”da Dövlət bəy, 80-ci illərdə ilk dəfə rus dilində “Şeyx Sənan”da Şeyx Sənan, “Arzu tramvayı”nda Stenli Kovalski obrazlarını canlandırıb.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var