Prezident sərəncam verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18 milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda dilənçiliyə məcbur edilən azyaşlı bacı-qardaş tapıldı - FOTO
Azərbaycanda yüksək vəzifəyə yeni təyinat
DYP-dən yük avtomobillərinin şəhərə girişinə məhdudiyyət
Sabahdan Novruz tətili başlayır - Neçə gün istirahət edəcəyik?
Tələbələrə kirayə, yataqxana və dərslik üçün kredit verilə bilər - VİDEO