Prezident şəhid general Polad Həşimovla bağlı tapşırıq verdi: Adına küçə veriləcək
İyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, uzunluğu 28 kilometr olan yol 13 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirir.
Prezident İlham Əliyevə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun ikinci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən iki kilometrlik avtomobil yolunun bərpası istiqamətində aparılan işlər barədə də məlumat verildi.
Bildirildi ki, yeni körpünün inşası, həmçinin Bum qəsəbəsindən körpüyə qədər olan yolun yenidən qurulması əhalinin əlavə yol qət etmədən birbaşa rayon mərkəzinə və qonşu kəndlərə gediş-gəlişini təmin edəcək.
Dövlətimizin başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışdı və onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verdi.(azərtac)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026