Prezident Ramiz Novruzla görüşdü: Uzaqdan gördü, məni yanına çağırdı
Prezident İlham Əliyev Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışından sonra sakinlərlə görüşən zaman Xalq artisti Ramiz Novruzla həmsöhbət olub.
Görüşdən yayılan fotolarda Prezidentin Xalq artisti ilə səmimi söhbət etdiyini görmək olur.
Minval.info xəbər verir ki, R.Novruz Oxu.Az-a açıqlamasında ölkə başçısıyla görüşünün tam təsadüfi alındığını bildirib:
“Mən işdən çıxıb gedirdim, gördüm cənab Prezident gəlir. Uzaqdan seyr etmək istədim. Prezident uzaqdan məni gördü və yanına çağırdı. Teatrdakı vəziyyət barədə söhbət etdik.
Mənim ağlıma da gəlməzdi ki, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım məni adımla yanına çağıracaqlar. Birlikdə xatirə şəkli çəkdirdik.
Şəkil çəkdirəndə arxaya getmək istəyirdim, lakin onlarla birlikdə öndə durmağımı söylədilər. Mənim üçün bu qürurverici bir mənzərə oldu”.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb

Aktyor qeyd edib ki, dövlət başçısı ilə söhbətində teatrda çalışan gənclərin razılığını ona çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026