Prezident parlamentə yeni qanun layihələri göndərir
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və yaxşılaşdırılması məsələsi Azərbaycan dövlətinin, xüsusilə, ölkə prezidenti cənab İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən, prioritetlərindəndir. Bu istiqamətdə, xüsusilə, 2018-2019-cu illər ərzində atılan addımlar, görülən işlər göz önündədir. Odur ki, parlamentə ölkə prezidentinin təşəbbüsü, təqdimatı, imzası ilə əhalinin sosial müdafəsinin gücləndirilməsinə yönəlmiş yeni qanun layihələri gəlir.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
Komitə sədri bu barədə geniş məlumat verməsə də, qeyd edib ki, qanun layihələri artıq parlamentə daxil olmaq üzrədir.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Növbədənkənar sessiya dövründə komitəmizin iki iclasının keçirilməsi gözlənilir. İlk iclası ayın 20-də keçirəcəyik. Həmin iclasın gündəliyinə əhalinin sosial müdafiəsi ilə bağlı ən azı 3 yeni qanun layihəsinin, yəni, mövcud qanunlara dəyişikilikləri nəzərdə tutan vacib qanun layihələrinin daxil olması gözlənilir. Hələlik bu barədə geniş danışmaq istəməzdim. Hər şey ayın 20-də komitəmizin iclasında məlum olacaq.
Biz həmin sənədləri ayın 28-də keçirilməsi gözlənilən plenar iclasa tövsiyə edəcəyik. İyul ayında da komitəmizin daha bir iclasının keçirilməsi və bu istiqamətdə növbəti yeni layihələrin daxil olması, müzakirəsi gözlənilir. Bu, istisna deyil. Bununla bir daha hər kəs şahid olacaq ki, sosial müdafiə ilə bağlı deyilənlər sözlər deyil, konket əməllərdir. Çünki bir daha qeyd edirəm ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin və dövlət başçısının siyasətinin ana xəttini təşkil edir”, – deyə H. Rəcəbli sözlərinə əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var