“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
“Prezident deyir ki, karantin dövründə işçiləri işdən çıxarmaq olmaz. Amma indi də Ağcabədi rayonuna əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir”.
Bu məsələni deputat Aqil Abbas parlamentdə səsləndirib. O qeyd edib ki, əvvəlcə kənd kitabxanaları ləğv edilib: “Mən bilmirəm, Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər? İndi də əmr gəlir ki, 35 nəfər ixtisar olunmalıdır. Yəqin başqa rayonlara da bu siyahı gedir. Niyə qardaşım ? Doğrudan büdcəmiz 35 nəfərin aldığı maaşa məcbur qalıb?!
Maliyyə Nazirliyindən xahiş edirəm ki, kitablarla işi olmasın. Niyə düşmüsünüz kitabların üstünə? Bir dənə rayon adı çəkilsin ki, orada kitab mağazaları var. İndiki zamanda işçiləri işdən çıxarmaq olmaz. Mən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”. “Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026