“Cənab Prezident İlham Əliyev böyük etimad göstərərək Cavid Qurbanovu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edib. Cavid Qurbanov nazirlikdə də bu etimadı doğrultmalıdır. Cavid müəllim işgüzardır, təcrübəli yoldaşdır. Bu sərəncamı alqışlayır, cənab Prezidentin Cavid Qurbanova təkrar etimad göstərməsini dəstəkləyirəm. İnanıram ki,  o, bu işin öhdəsindən yüksək səviyyədə gələcək”.

Bu sözləri Pravda.az-a açıqlamasında Cavid Qurbanovun əmisi oğlu, Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Aqil Məmmədov

“Hər birimiz dövlətin əsgərləriyik. Cənab Prezident hara məsləhət bilibsə, bizim də gedib orada yüksək səviyyədə xidmət etmək boynumuzun borcudur. Ölkə rəhbərinin sərəncamı ilə təyinat varsa, bunu hər birimiz dəstəkləyirik”, – deputat bildirib.

Xatırlatma: Cavid Qəmbər oğlu Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.