Prezident İlham Əliyev: Mərkəzi asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetidir
Mərkəzi Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.
Minval.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə ifadə edib.
Dövlətimizin başçısı vurğulayıb ki, 2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə 16 səfər edib, eyni zamanda, həmin ölkələrin rəhbərləri 26 dəfə Azərbaycanda olublar.
“Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”, – Prezident İlham Əliyev əlavə edib.
Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü davam edir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşdü
Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək?
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Azərbaycan XİN İordaniyaya başsağlığı verib
Bakı-Abşeron qatarlarının metro tezliyində işləməsi planlaşdırılır
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi