Prezident 14 milyon manata yaxın vəsait ayırıb
Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan– Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!