Politoloq: "Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir"
Prezident İlham Əliyevin Fransaya səfəri mühüm əhəmiyyət kəsb edir. Bunu Trend-ə açıqlamasında siyasi ekspert Arzu Nağıyev deyib.
Ekspert bildirib ki, Fransa Avropa İttifaqında öz sözünü deyən, eyni zamanda NATO-nun üzvü olan aparıcı dövlətlərdən biridir:
“Azərbaycan dövlətinin Fransa ilə davamlı əlaqələri olub. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Fransa rəhbərliyi ilə daimi təmasda olub”.
A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya səfərində əsas məqamlardan biri “Total” şirkətinin rəhbərliyi ilə əlaqələrin müzakirəsi, həmçinin bir sıra müqavilələrin imzalanması istiqamətində aparılan danışıqlardır:
“Bu gün Fransa ilə istər siyasi, iqtisadi, istərsə də hərbi baxımdan yaxın münasibətlərimiz var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə qarşı təhdidin qarşısının alınmasında iştirak edən bir dövlətdir. Fransa Azərbaycanı bir müstəqil tərəfdaş kimi qəbul edir. Eyni zamanda unutmaq lazım deyil ki, Fransada böyük erməni lobbisi fəaliyyət göstərir. Bunun qarşısını almaq üçün də birbaşa təmas çox mühüm əhəmiyyət kəsb edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya qazı ucuz deyil!
Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Dərsliklər parlamentdə müzakirə olunacaq: Nazir də qatılır
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi