“Polis maska və əlcək taxmayan vətəndaşı cərimə edə bilər”
“Karantin rejiminin qaydalarına görə, hər bir vətəndaş hətta çölə çıxmasına icazə olduqda , o, mütləq qaydada qoruyucu vasitələrdən istifadə etməlidir”.
Minval.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də vətəndaşların maska və ya əlcək taxmamasına görə polis tərəfindən cərimələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, yaxın günlərdə bütün vətəndaşlar bunlarla təmin ediləcək:
“Bu karantinin şərtləridir ki, mütləq qaydada çölə çıxarkən qoruyucu vasitələrdə olunmalıdır. Karantin qaydalarının hər bir şərtinin pozulması inzibati məsuliyyət deməkdir. Polis əməkdaşı maska və əlcək taxmadığına görə vətəndaşı cərimə edə bilər. Amma bunun adı maska və əlcək taxmadığı üçün yox, karantin rejiminin qaydalarını pozduğuna görə olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026