Polis əməkdaşları Qarabağ əlillərinə təzyiq göstərib? - BŞBPİ-dən açıqlama
“Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir.”
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı açıqlamasında deyib.
“Daxil olan məlumat üzrə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb”, – Hacıyev əlavə edib.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
E.Hacıyev bildirib ki, Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işlərinin apardığına görə, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar:
“Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi