Polis İdarəsindən silah oğurlayan polis əməkdaşlarının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən sabiq polis əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin işi üzrə məhkəmə prosesi keçirilib.
Minval.info Trend-ə istinadən bildirir ki, prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxslərdən olan Elxan Mustafayev özünü ittihamlarla təqsirli bilməyib. O qeyd edib ki silahın oğurlanmasından və harada saxlanmasından məlumatsız olub.
İttiham aktında bildirilir ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından biri yoxa çıxıb.
Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsitərəfindən Sabunçu rayon Polis İdarəsində aparılan yoxlama zamanı məlum olub ki, silahların sayında əskiklik var. 4 aylıq axtarışlardan sonra 2021-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və idarənin Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev şübhəli şəxs qismində saxlanılıb.
Sabiq polis işçilərinə CM-in 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə ittiham verilib.
Cinayət işinin materiallarında göstrilir ki, polis əməkdaşı Musa Allahverdiyev polis idarəsinin növbətçi hissəsindəki saxlanc yerindən silahı götürüb, dostu Elxan Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə, qandal, dəyənək və s. də olub.
Prosses davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi