Polad Bülbüloğlu: Mənə ən ciddi dəstək İsraildə verildi
Xalq artisti Polad Bülbüloğlu son illərdə yaşadığı ciddi göz problemləri və bu problemlərin həlli üçün keçirdiyi əməliyyatlar barədə səmimi açıqlamalar edib. Publika.az-ın məlumatına görə, sənətkar bu barədə YouTube-da yayımlanan “Sheinkin40” proqramına verdiyi müsahibədə danışıb.
Polad Bülbüloğlu, Bakıda lentə alınan buraxılışda, gözündəki problemlərin həlli üçün müxtəlif ölkələrdə tibbi müayinələrdən keçdiyini qeyd edib. O, xüsusilə ABŞ və Rusiya kimi ölkələrdə müalicə axtardığını, lakin ən effektiv nəticəni İsraildə əldə etdiyini vurğulayıb.
Xalq artisti bildirib ki, “Tibbi göstəricilərimə uyğun ən real və ciddi dəstək mənə İsraildə verildi. Orada beş ağır cərrahi müdaxiləyə məruz qaldım. Əməliyyatlardan biri Təl-Əvivdə, digər dördü isə Hayfada icra olundu. Məhz həmin həkimlərin sayəsində bu gün qarşınızda oturub sizi görə bilirəm”.
ƏLAQƏLİ
Kürk mantolar arasında 40 il saxlanılan tablo 4,9 milyon dollara satıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kürk mantolar arasında 40 il saxlanılan tablo 4,9 milyon dollara satıldı
Əməliyyatdan sonra qəribə hadisə: İki ildir insanları pişik sifətində görür
Eyni qadını sevən və eyni ürəyi paylaşan iki adamın heyrətamiz hekayəsi
19 yaşlı gənc öz istehsalı ilə Guinness Rekordlar Kitabına düşdü
Tarkan bu dəfə COP üçün oxudu - Video
Britaniya Kitabxanası Agata Kristinin sirli dünyasını araşdırır
Coni nadir xəstəlikdən əziyyət çəkir?