Peyvənd xəbərdarlığı
Azərbaycanda peyvəndə cəlb edilməyən uşaqlar üçün immunlaşdırma həftəsinin keçirilməsi nəzərdə tutulur.
Minval.info xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, immunlaşdırma həftəsinin aprelin ayının son həftəsi ərzində keçiriləcəyi gözlənilir. Bu tədbirlərin Avropa İmmunlaşdırması Həftəsi çərçivəsində görülməsi planlaşdırılır: “Elə uşaqlar var ki, onlar müəyyən səbəblərdən vaxtında peyvənd edilə bilməyiblər. Bu həftə ərzində peyvənddən kənarda qalan uşaqların peyvəndə cəlb edilməsi təmin edilməlidir”.
A.Əliyeva bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən əmrin veriləcəyinin gözlənildiyini də söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı