Paytaxtda istilik problemi var?
Hazırda Bakıda mənzillərə, yaşayış obyektlərinə və təhsil müəssisələrinə verilən istilik sistemlərilə bağlı hansısa problem müşahidə olunmur.
Bunu BAKU.WS-ə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Qurum rəsmisi bildirib ki, istilik sistemlərilə bağlı problemlər işıqlar sönən zaman yaranır.
“Bu gün Yasamal rayonu, Elmlər Akademiyası yaxınlığında elektrik enerjisinin verilməsi kəsilmişdi. Qazanxanada da işıq sönmüşdü deyə, həmin ərazilərə verilən istilik sistemi kəsilmişdi.
Ümumilikdə 558 qazanxana və 90 məntəqəmiz işləyir. Qaz, su və elektrik enerjisinin verilməsində hansısa fasilələr və kəsintilər olmazsa, istilik sistemləri daimi təmin ediləcək. Qaz və su təchizatında problemlər olmur, lakin arada işıqlar sönür. Bu zaman müəyyən problemlər yaranıb. Amma bu problem də qısa müddətdə aradan qaldırılır”, – deyə Rafiq Əliyev bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026