Paşinyanın rəqibi Avetik Çalabyan azadlığa buraxıldı
Ermənistanda ‘Hayakve’ təşəbbüsünün koordinatoru və revanşist Avetik Çalabyan məhkəmə qərarı ilə azadlığa buraxılıb. İrəvanın Şenqavit rayonunda keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Çalabyanın həbs müddətinin daha iki ay uzadılmasını tələb etsə də, müdafiə tərəfi onun azadlığa buraxılmasını istəyib.
Minval.info xəbər verir ki, hakim David Balayan tərəfləri dinlədikdən sonra Çalabyanın həbsdə saxlanılması üçün əsasların olmadığını bildirib və onun barəsində hər hansı digər qətimkan tədbirinin də seçilməməsinə qərar verib. Çalabyan məhkəmə zalından dərhal azadlığa buraxılıb.
Çalabyan iyunun 24-də saxlanılmış və ona qarşı 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərində vətəndaşların seçki hüququnun həyata keçirilməsinə mane olmağa hazırlıqla bağlı ittiham irəli sürülmüşdü. O, bu ittihamları rədd edir və Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətinin əsas tənqidçilərindən biri kimi tanınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaşıllıqlara 200 min manatlıq ziyan: Araşdırma başladı
Sumqayıtda 80 min manatlıq dələduzluq cinayəti!
Bakının iki küçəsində nəqliyyat məhdudiyyəti başlayır
Naxçıvanda qızıl qaçaqmalçılarına ağır cəza kəsildi
Bakıda məktəbli qıza əxlaqsız hücum edənə cəza
ABŞ hərbçisi 12 yaşlı qızla oteldə saxlanıldı
Restorandakı qısqanclıq davası barışıqla bitdi