Paşinyanın iqamətgahı önündə etiraz aksiyası başladı
Ermənistan baş naziri Nikol Paşinyanın Yerevandakı Baqramyan prospektindəki iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, etiraz edən hərbi komissarlıqların əməkdaşları optimallaşdırılma prosesinin ləğv olunmasını tələb edirlər.
Onların fikrincə, bu proses kütləvi işdən azad edilmələrə səbəb olur.
Baqramyan prospektini taksi şoferləri də qismən bağlayıblar. Sürücülərdən biri jurnalistlərə bildirib ki, aksiya iştirakçıları lisenziyalaşdırma prosesinin qaydaya salınmasını tələb edirlər.
Onlar xahiş edirlər ki, yol hərəkəti qaydalarının pozulması ilə bağlı yaranmış cərimələr bağışlansın və parketmə xidməti pulsuz olsun.
Maşın idxalçıları da iqamətgah qarşısına toplaşıblar. Onlar ölkəyə gətirilən maşınların gömrükdə rəsmiləşdirilməsi ilə bağlı verilən 10 günün artırılmasını tələb edirlər.
Bütün etirazçılar baş nazirlə görüşmək istədiklərini bildiriblər.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident NATO baş katibinin müavinini qəbul etdi
Azərbaycan parlamentinin yaranmasından 103 il ötür
Ərdoğan: Türkiyə 2023-cü ildə Aya kosmik raket göndərəcək
Şəhid ailələri və qazilərlə bağlı SƏRƏNCAM
Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib