19.09.2026 - 08:46
Ölkə 11 baxış

Paşinyana xəbərdarlıq: Qərbi Azərbaycan təhlükəsi artır!

Ermənistanda Qərbi Azərbaycan mövzusu ətrafında müzakirələr yenidən genişlənib. Azərbaycan üzrə ixtisaslaşmış erməni ekspert, tarix üzrə fəlsəfə doktoru və Ermənistan parlamentinin keçmiş deputatı Tatev Hayrapetyan bu məsələ ilə bağlı geniş açıqlama verib.

Minval.info xəbər verir ki, Hayrapetyan Qərbi Azərbaycanla bağlı ritorikanı Ermənistan üçün “milli təhlükəsizlik təhdidi” adlandırıb. O, Azərbaycan dilini mükəmməl bilir və Azərbaycanla bağlı analitik fəaliyyətlə məşğul olub. Hayrapetyan 2019–2021-ci illərdə Ermənistan parlamentinin deputatı və parlamentin Xarici əlaqələr üzrə daimi komissiyasının üzvü olub.

Hayrapetyan bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi Azərbaycanla bağlı ritorikanı Ermənistan üçün ciddi çağırış və təhlükə kimi görür. Onun sözlərinə görə, Paşinyan əvvəllər Qarabağ məsələsindəki siyasətini “sülh” kimi təqdim etsə də, indi Azərbaycanın Ermənistan üçün yeni təhlükə formalaşdırdığını etiraf edir.

Hayrapetyan iddia edir ki, Azərbaycan bu istiqamətdə artıq dörd ildir fəaliyyət göstərir və Ermənistan rəhbərliyi həmin müddətdə bunun qarşısını almaq üçün siyasi, diplomatik və informasiya vasitələrindən istifadə etməyib. Bunun əvəzinə İrəvan yeni birtərəfli güzəştlərə gedib və Ermənistanın Müstəqillik Bəyannaməsi ətrafında mübarizəyə başlayıb.

O, bu siyasətin Ermənistanı daha həssas vəziyyətə gətirdiyini bildirib və məsələnin Ermənistan daxilində siyasi qarşıdurma predmetinə çevrilməməli olduğunu vurğulayıb. Hayrapetyan, Qərbi Azərbaycan gündəliyinə konkret siyasi qiymət verilməsinin və onun vaxtında “neytrallaşdırılmasının” vacibliyini qeyd edib.

Hayrapetyan sonda Ermənistanın indiki fəaliyyətsizliyinin nəticələrinin gələcək nəsillərin üzərinə düşməməli olduğunu vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: