Paşinyan Vaşinqton görüşünün ermənistanı dalandan çıxardığını deyir: "Tramp marşrutu" layihəsi gündəmdə
Ermənistanın Baş naziri Nikol Paşinyan, 2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilən görüşün ölkəsini dalandan çıxardığını və yeni imkanlar yaratdığını açıqlayıb.
Minval.info xəbər verir ki, Paşinyan bu fikirləri Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda baş tutan üçtərəfli görüşünün birinci ildönümündə səsləndirib.
Baş nazir, sülh gündəliyinin tam həyata keçirilmədiyini, lakin bu istiqamətdə addımların atıldığını vurğulayıb. “8 avqust 2025-ci ilə qədər ölkəmiz dalanda idi, lakin bu tarixdən sonra önümüzdə geniş perspektivlər açıldı. Bu imkanlardan istifadə etmək bizim kollektiv iradəmizdən asılıdır”, – deyə Paşinyan bildirib.
O, Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi “Tramp Marşrutu” (TRIPP) layihəsini qeyd edib. Paşinyanın sözlərinə görə, bu layihə həm Ermənistanın, həm də regionun iqtisadi inkişafında mühüm rol oynaya bilər.
“Tezliklə TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq əhəmiyyət daşıyacaq”, – Ermənistanın Baş naziri əlavə edib.
Paşinyan, Ermənistan-Azərbaycan münaqişəsinin artıq tarixə qovuşduğunu və sülhün vətəndaşların gündəlik həyatının bir hissəsinə çevrildiyini də qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır