Paşinyan: "Putini başqa cür təsəvvür edirdim"
Ermənistan baş naziri Nikol Paşinyan “Exo Moskva” radiostansiyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüş barəsində təəssüratlarını bölüşüb.
Oxu.Az xəbər verir ki, Paşinyan Putini başqa cür təsəvvür etdiyini deyib.
Onun sözlərinə görə, rus liderin səmimi insan olması onun üçün “xoş sürpriz” olub.
“Əlaqələrimizdə məni nə qane edir? İkimiz də səmimiyik və sözü birbaşa deyirik. Moskva səfərindən sonra mən dedim ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə qaranlıq tərəflər olmamalıdır”, – Paşinyan bildirib.
O əlavə edib ki, bu, Rusiya və Ermənistanın hər şeydə razılaşacağı anlamına gəlmir. Paşinyan əlavə edib ki, söhbət “səmimi” münasibətlərdən gedir.
Bundan əvvəl, Paşinyan Putinlə Moskvada keçirdiyi görüşü effektiv hesab edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya qazı ucuz deyil!
Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Dərsliklər parlamentdə müzakirə olunacaq: Nazir də qatılır
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi