Paşinyan: Bu kəndlər ermənistanın deyil!
Ermənistan və Azərbaycan arasında anklav və esklav məsələlərinin həlli yalnız demarkasiya və sülh yolu ilə nizamlanma çərçivəsində həyata keçirilməlidir.
Minval.info xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bu barədə açıqlama verib. O bildirib ki, İrəvan və Bakı arasında razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən, Kərki, Bərxudarlı və Yuxarı Əskipara kəndləri Ermənistan ərazisinə daxil deyil.
Paşinyan, Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsi əsasında delimitasiya prosesini həyata keçirmək barədə razılığa gəldiklərini xatırladıb. Bu sənədə görə, SSRİ-nin dağılması zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır.
ƏLAQƏLİ
İsraildə qalmaqal: HƏMAS hücumu zamanı Netanyahunun telefon qeydləri dəyişdirilib
Ermənistan Baş naziri, Tavuş vilayətindəki Kirants kəndi yaxınlığında Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində artıq delimitasiya işlərinin aparıldığını və bu prosesin mövcud xəritələr əsasında davam etdirilə biləcəyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərində bayraq və gerb olacaq
Elmə əsaslanan tənzimləmə siqaret çəkənlərin seçimlərini yaxşılaşdırır
Azərbaycan MDB-nin sədrlik troykasına daxil oldu
Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
Çavuşoğlu Bakıda sülhün yalnız müharibə ilə bitmədiyini vurğuladı
Məktəblərin ödənişli olması və repetitorluğun ləğvi müzakirə edilir