Paşinyan: "Ermənistanda siyasi məhbuslar azad edilməlidir"
Ermənistanın baş naziri Nikol Paşinyan respublikada siyasi məhbusların azad edilməsi təşəbbüsü ilə çıxış edib.
“Report” xəbər verir ki, bu barədə o, özünün “facebook” səhifəsində yazıb.
O, hesab edir ki, siyasi fəaliyyətə görə məhkum edilən şəxslər azadlığa buraxılmalıdır. Paşinyan bununla yanaşı, siyasi məhbusları fəaliyyətləri insan itkisinə səbəb olmayanlar və olanlardan ibarət iki qismə bölüb. Onun fikrincə, ittiham edilənlərin birinci kateqoriyasına (fəaliyyətləri insan itkisinə səbəb olmayanlar) qanunla nəzərdə tutulmuş amnistiya prosedurunu tətbiq etmək olar. İkinci kateqoriya, onun qeyd etdiyi kimi, 2016-cı ilin iyulunda öz aksiyalarının gedişatında Yerevanda üç polisi ölümünə səbəb olan “Sasna çrer” qruplaşmasının üzvlərinin azad olması üçün hüquq-mühafizə orqanlarının həlak olmuş əməkdaşlarının qohumlarının iştirakıyla ictimai müzakirələr keçirilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı