Parlamentdə “erotika” söhbəti
Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir.
Oxu.Az xəbər verir ki, bu barədə deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib:
“Məmmədhüseyn Təhmasib Sovet dövründə uydurma nağıllar öyrətdi uşaqlara. İndi də bu cür materiallar yer alır. Bizim redaksiyaya dünən bir valideyn gəlmişdi. İkinci sinif dərsliyində uşaqlara sual verilir ki, “Qarabağın qayıdacağına inanırsınızmı?” Uşaq “yox” cavabı verib, atası da onu vurub.
Üçüncü sinif dərsliyində erotika var, dərsliklərdə ləhcə var. Bəzi dərsliklər televizordan çox zərər verir. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdır. VII sinifdən sonra məktəblərdə heç kim yoxdur, hamı repetitor yanına gedir. Bu barədə danışmalıyıq. Sonra deyirsiniz ki, rus sektoruna niyə uşaqlar qoyulur? Çünki burada belə şey yoxdur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sürücülərin nəzərinə! Bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Qərar verildi: Bu ərazidəki evlərin hamısı söküləcək
Nazirin paylaşımı tənqid olundu - FOTO
Şamaxının icra başçısı koronavirusa görə karantinə alındı
DTX hərbçiləri şantaj edən "reket jurnalistləri" tutdu - VİDEO
"YAŞAT"ın fəaliyyəti üzrə xərclənən məbləğ açıqlandı
Martın 19-da Bakıda bu yollar bağlı olacaq — XƏBƏRDARLIQ