18.09.2026 - 22:30
Ölkə 15 baxış

Bakının Ceyhun Hacıbəyli küçəsi bağlanır!

Bakının Nəsimi rayonunda yerləşən Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar aparılan qazıntı işlərindən sonra yol örtüyünün bərpası həyata keçiriləcək. Bu məqsədlə təmir-bərpa işlərinin qısa müddətdə tamamlanması üçün istirahət günlərində intensiv işlər görüləcək.

Minval.info xəbər verir ki, sentyabrın 18-i saat 23:00-dan sentyabrın 20-si saat 02:00-dək Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülərdən bu müddət ərzində alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: