13.08.2026 - 17:51
Kriminal 19 baxış

Parkda dəhşətli anlar: Bakıda gənc oğlan yeniyetmə qızı döydü, qızın burnu qırıldı

Bakıda bir gənc oğlanın parkda yeniyetmə qızı döyməsi nəticəsində qızın burnu qırılıb.

Minval.info xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində, Bünyadzadə küçəsində yerləşən parkda baş verib.

22 yaşlı Tacir Məmmədov (şərti ad) və 17 yaşlı Mətanət (şərti ad) arasında yaranan mübahisə zamanı oğlan qızın üzünə əl zərbələri endirib. Bu hadisə nəticəsində qızın burnu sınıb və digər xəsarətlər alıb.

Hadisə ilə bağlı Tacir Məmmədov saxlanılıb və onun barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində, mübahisənin qızın dostu ilə telefon danışığı zamanı başladığını və qızın onları təhqir etdiyini bildirib. Tacir, qızın daha ağır ifadələr işlətməsindən sonra onu döydüyünü etiraf edib.

Zərərçəkmiş şəxs, Tacirlə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib. Məhkəmə cinayət işinə xitam verərək Tacir Məmmədovu məsuliyyətdən azad edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: