Pandemiya şəraitində qanunu pozmadan 100-dən çox qonaqlı toy etməyin yolunu tapdılar – FOTO
İtaliyada gənc cütlük koronavirus məhdudiyyətlərini pozmadan 130 nəfər qonağın dəvət olunduğu təntənəli mərasim keçirməyin maraqlı yolunu tapıblar.
Bu barədə “La Repubblica” xəbər yayıb.
Bildirilir ki, Azolo şəhərindən olan sevgililər ölkədə ilk dəfə drive-in formatında toy həyata keçiriblər. Yüzdən artıq qonaq öz avtomobillərindən çıxmayaraq nikah mərasimində iştirak ediblər.
Gənclər Alp atıcılarının yerli assosiasiyası ilə razılığa gələrək geniş park yeri kirayələyiblər, 56 avtomobil üçün yarımsfera şəklində yerlər hazırlayıblar və onlarla ofisiant tutublar.
Kilsədə nikah mərasimindən sonra qonaqlar avtomobilində bayram tədbirinin təyin olunduğu yerə gəliblər. Burada onları qəlyanaltılar, şərab badələri və alkoqolsuz içkilər gözləyib. Cütlük üçün isə park yerinin ortasında çadır qurulub.
“Biz tədbirin alınmayacağından qorxurduq, amma mərasim çox gözəl keçdi”, – deyə sevgililər sevinclə bildiriblər.
oxu.az

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bədii ədəbiyyat oxumaq beynimizi dəyişirniş – Maraqlı araşdırma
Yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalı məsləhətlər
Selçuk Bayraktar Ərdoğanın qızı ilə necə tanış olub? - VİDEO
Siyavuş Novruzov: “Mən müəllim, ya həkim maaşı artıran deyiləm”




